
Ukrayna Prezidenti Volodimir Zelenski Nobel sülh mükafatına layiq görülə bilər.
mobilmedia.az xəbər verir ki, məlumatı “Reuters” Agentliyi yayıb. Bildirilib ki, o, hazırda digər namizədlərlə müqayisədə favoritdir.
Qeyd edək ki, 2022-ci il üzrə Nobel sülh mükafatına namizədlər arasında Belarus müxalifət lideri Svetlana Tixanovskaya, Rusiya müxalifətinin lideri Aleksey Navalnı da var.




