Bakıda 32 yaşlı kişi bıçaqlanıb

43


Bakıda bıçaqlanma hadisəsi baş verib.

mobilmedia.az-ın məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

Binə qəsəbəsində, şərti olaraq “Südçülük sovxozu” adlanan ərazidə 1990-cı il təvəllüdlü Məlikov Loğman Arzu oğlu mübahisə zəminində bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona soltərəfli döş qəfəsinin 1 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin