
2022-ci ilin birinci yarısında Rusiyanı 419 min insan tərk edərək xaricə gedib.
mobilmedia.az xəbər verir ki, bu barədə Federal Dövlət Statistika Xidmətinin (Rosstat) yaydığı məlumatda bildirilir. Qeyd olunur ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çoxdur, ötən il Rusiyanı 202 min nəfər tərk etmişdi.
Rosstat bildirir ki, 2022-ci ilin əvvəlindən Rusiyadan Ermənistana 49 min nəfər gedib. Ukrayna və Tacikistana gedənlərin sayı is daha çoxdur – müvafiq olaraq 79,6 min və 58,4 min nəfər. Ermənistan ilk üçlükdə qərarlaşıb.
Məlumatda daha sonra qeyd olunur ki, əgər 2021-ci ilin birinci yarısında Rusiyada miqrasiya axını 114,2 min nəfər təşkil edibsə, bu ilin ilk altı ayında 96,7 min nəfər miqrasiya itkisi qeydə alınıb.
O cümlədən, Rusiyadan MDB ölkələrinə 368 min nəfər gedib, 294 min nəfər isə geri qayıdıb. Miqrasiya axını 2021-ci ildəki 111 min artıma qarşı 73 min nəfər təşkil edib. Qeyri-MDB ölkələrinə 50 mindən bir qədər çox insan gedib, 27 min nəfər geri qayıdıb – keçən il 2,5 min artımdan göstəricilər bu ili mənfi 23 minə qədər dəyişib.
“Rusiya Federasiyasını tərk edənlərin sayı həm MDB üzvü olan dövlətlərə emiqrantlar hesabına – 189 min nəfər və ya 2,1 dəfə, həm də MDB-dən kənar ölkələrə gedənlərin hesabına 216,5 min nəfər və ya 2,1 dəfə artıb”,-Rosstat bildirir.




