UNESCO: Afrika qitəsində 98 milyon uşaq məktəbə getmir

25

Afrika qitəsində – Böyük Səhradan cənubda yerləşən ölkələrdə 98 milyon uşaq məktəbə getmir.

mobilmedia.az xəbər verir ki, bu barədə UNESCO-nun yaydığı məlumatda qeyd olunur.

Bu, dünyada orta məktəbə getməyən uşaqların 40 faizini təşkil edir.

Sözügedən ərazi faiz nisbətinin artdığı yeganə bölgədir, belə ki, məktəbyaşlı uşaqların sayının artmağına baxmayaraq, məktəbə gedən uşaqların sayı azalmaqda davam edir.

Hesabatda qeyd olunur ki, Nigeriyada 20,2, Efiopiyada 10,5, Konqoda 5,9, Keniyada isə 1,8 milyon uşaq müxtəlif səbəblərdən orta təhsildən uzaq qalır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin