
Qusar rayonunda qətl hadisəsi baş verib.
mobilmedia.az-ın məlumatına görə, hadisə rayonun Piral kəndində qeydə alınıb.
Kənd sakini 1978-ci il təvəllüdlü Fariq Mollayev 1988-ci il təvəllüdlü həyat yoldaşı Oksana Mollayevi bıçaqlayaraq qətlə yetirib. Qətli törətməkdə şübhəli bilinən F.Mollayev saxlanılıb.
Faktla bağlı Qusar rayon prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.




