İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik etdi

25


Avqustun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya zəng edib.

mobilmedia.az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev Aleksandr Lukaşenkonu ad günü münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

Belarus Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları ikitərəfli münasibətlərin uğurlu inkişafını qeyd edib, əməkdaşlığın perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin