Qərbi azərbaycanlıların statusuna yenidən baxılması təklif edilir

29


“Qərbi azərbaycanlıların statusuna yenidən baxılmalıdır”.

mobilmedia.az xəbər verir ki, bunu “Report”a açıqlamasında “Qərbi Azərbaycan İcması”nın sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli deyib.

O bildirib ki, Qərbi Azərbaycan qaçqınlarının statusu ilə bağlı qanun layihəsinə yenidən baxılmalıdır:

“Bu gün bu insanlar heç bir hüquq və imtiyazlardan yararlana bilmirlər. Tarixi torpaqları uğrunda mübarizə aparmaq istəyənlər əvvəlcə özlərini qaçqın statusunda hiss etməlidirlər”.