Bu il İranda azı 251 nəfər edam olunub

27

“Bu il yanvarın 11-dən iyulun 9-dək İranda 251 nəfər edam olunub”.

Militribuna.az  xəbər verir ki, məlumatı “Amnesty International” və Abdullah Rəhman Brumand Fondu yayıb.

Bildirilib ki, ölüm hökmlərinin icrası belə davam edərsə, bu, 2021-ci ilin 314 edam göstəricisini ötəcək.

Məlumata görə, bu il edam olunanlardan 86-sı narkotik maddələrin satışı və yayılması ilə bağlıdır. Beynəlxalq qanunlara əsasən, bu cinayəti törədənlər edam olunmurlar.

Bildirilib ki, 2021-ci illə müqayisədə dünyada edamların sayı artıb. Bunun səbəblərindən biri İranda ölüm hökmlərinin icrası göstərilib.

BMT-nin Baş katibi Antonio Qutteriş bu ilin əvvəlindən bəri İranda edamların artmasından narahat olduğunu vurğulayıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin