
İş yerlərinin rəsmiləşdirilməsi, əmək haqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 294,7 min vahid artıb və bu il iyul ayının 1-nə 1 milyon 696,6 minə çatıb.
mobilmedia.az xəbər verir ki, bu Dövlət Vergi Xidmətinin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 255,8 min vahid artaraq 795,7 min olub.




