Putin: “Ən vacib məsələ Azərbaycanla birgə planımızın həyata keçirilməsidir”

29

“Bizim münasibətimiz çox yaxşı vəziyyətdədir. Razılaşdığımız hər şey yerinə yetirilir. Lakin ən vacibi planlarımızın, daha dəqiq desək, 2024-cü ilə qədər olan birgə planımızın (Rusiya-Azərbaycan əməkdaşlığı) həyata keçirilməsidir. Hər şey irəli gedir”.

mobilmedia.az-ın məlumatına görə, bunları Rusiya Prezidenti Vladimir Putin deyib.

Rusiya Prezidenti Azərbaycanla ticarət dövriyyəsinin artdığını açıqlayıb. “Ticarət dövriyyəsi artır. Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2021-ci ildə 16 faizdən çox, 2022-ci ilin ilk üç ayında isə təxminən 5,5 faiz artıb”, – dövlət başçısı vurğulayıb.

Putin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana son səfərini də xatırladıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin