Goranboyda avtomobillər toqquşub: 1 ölü

31


Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

mobilmedia.az-ın  məlumatına görə, hadisə rayonun Goran-Borsunlu yolunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib.

Həkimlərin müdaxiləsinə baxmayaraq xəsarət alan 1972-ci il təvəllüdlü Kənan Kərimov dünyasını dəyişib. Digər yaralının vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin