Sabirabadda yol qəzası: ölən və yaralananlar var

35

Sabirabadda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

mobilmedia.az bildirir ki, hadisə iyunun 26-da saat 3 radələrində Sabirabad rayonunun Çiçəkli kəndi ərazisində baş verib.

Kənd sakini Ş.Xankişiyevin idarə etdiyi “Nissan” markalı avtomobillə həmkəndlisi V.Məmmədovun idarə etdiyi “T-28” markalı traktor toqquşub. Nəticədə Ş.Xankişiyevin sərnişini Elsevər Quliyev hadisə yerində ölüb, özü, digər sürücü və sərnişini xəstəxanaya yerləşdiriliblər.

Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır. (trend)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin