Populyar cizgi filmi Yaxın Şərqdə qadağan edildi

33

“Pixar” studiyasının “Buzz Lightyear” izgi filmi Yaxın Şərq ölkələrində, o cümlədən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində qadağan edilib.

mobilmedia.az xəbər verir ki, qadağa filmdəki öpüş səhnəsilə bağlıdır.

Belə ki, cizgi filminin personajlarından biri olan Hotorn ilə eynicinsli sevgilisi arasındakı öpüş kadrı ilk əvvəl ekran əsərindən çıxarılıb. Lakin “açıq homoseksual sevginin” senzuraya salınması ilə bağlı iddialar ətrafındakı mübahisələrdən sonra həmin səhnə yenidən bərpa edilib.

BƏƏ-nin Media Tənzimləmə Təşkilatı iyunun 13-də bəyan edib ki, animasiyaya “ölkənin media məzmunu standartlarını pozduğuna görə” ictimai nümayiş üçün lisenziya verilməyib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin