“Formula-1”lə bağlı bəzi küçələrdə istiqamət dəyişdi

28

“Formula-1” Azərbaycan Qran-prisi ilə əlaqədar bəzi küçələrdə hərəkət istiqaməti tənzimlənib.

mobilmedia.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.

“Azadlıq prospekti ilə sola, Dilarə Əliyeva küçəsi, Kövkəb Səfərəliyeva küçəsi istiqamətindən şəhərdən çıxış, eləcə də Azadlıq prospektinin Nizami küçəsilə kəsişməsindən sağa, Yusif Səfərov istiqamətində hərəkət təmin edilib”, – deyə o qeyd edib.

A.Əsgərli qeyd edib ki, yük avtomobilləri ilə şəhərə məhsullar gətirən şəxslər yalnız gecə şəhərə daxil olmalıdırlar.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin