Latviya Rusiyanın daha 80 telekanalının yayımını qadağan edib

26

Latviyanın Elektron KİV üzrə Milli Şurası ölkədə Rusiyanın daha 80 telekanalının yayımını qadağan edib.

mobilmedia.az  xəbər verir ki, bu barədə şuraının başçısı İvars Abolinş bildirib.

“Bu qərar iyunun 9-dan qüvvəyə minəcək. Rusiya Ukraynaya qarşı müharibəni dayandırmayanadək qüvvədə olacaq”, – o qeyd edib.

Məlumata görə, başqa telekanallarla yanaşı, “E TV”, “İllüzion”, “Kino24”, “Mir TV”, “Oxota və rıbalka”, “Perets”, “Russki İllüzion” da qadağan edilib.

Bu il martın 1-dən isə “Mir 24” və “RTVI”nin yayımı qadağan olunub.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin