Bakıda yol qəzası: Piyada öldü

27

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

mobilmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə iyunun 3-ü saat 23 radələrində Nərimanov rayonu ərazisində qeydə alınıb.

Belə ki, paytaxt sakini E.Rüstəmov idarə etdiyi “Land Rover” markalı avtomobillə yolu keçən paytaxt sakini Nazim Nağıyevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin