
Dünyada yeni növ koronavirusa yoluxanların sayı 4 milyon 894 min 278 nəfərə çatıb.
Virtualaz.org bildirir ki, məlumatı “Worldometers” yayıb.
Virusdan ölənlərin sayı 320 min 188 nəfərdir. İndiyədək 1 milyon 908 min 111 nəfər xəstəlikdən sağalıb.
Hazırda xəstəxanada olan 44 764 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.
Xatırladaq ki, ən çox yoluxma halları ABŞ, Rusiya və İspaniyada qeydə alınıb.




