
Türkiyədə ABŞ dolları son altı ayın ən yüksək səviyyəsinə çatıb.
mobilmedia.az xəbər verir ki, səhər saatlarında məzənnə bir ABŞ dolları üçün 16,04, avro – 17,20, funt-sterlinq – 20,20 lirə olub. Dolların bahalaşmasına paralel olaraq qızılın bir qramının qiyməti 955 lirə səviyyəsinə yüksəlib.
Türkiyədə ötən ilin dekabr ayında bir ABŞ dolları 18 lirədən 10 lirəyə düşmüşdü.




