İrəvanda Paşinyanın 155 əleyhdarı saxlanılıb

29


Çərşənbə axşamı səhər Ermənistan polisi baş nazir Nikol Paşinyanın istefası tələbi ilə İrəvanda keçirilən etiraz aksiyalarında 155 nəfəri saxlayıb.

mobilmedia.az  xəbər verir ki, bu haqda RİA Novosti-yə idarənin mətbuat xidmətindən bildirilib.

“Hazırda 155 nəfər polis bölmələrinə təhvil verilib”, – mənbə bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistan parlamentinin “Ermənistan” müxalifət fraksiyasından olan vitse-spikeri İşxan Saqatelyan demişdi ki, genişmiqyaslı itaətsizlik aksiyaları səhər saat 07:00-da başlayacaq, yollar bağlanacaq, nəqliyyatın hərəkəti dayandırılacaq, “paytaxt iflic olacaq”. Onun sözlərinə görə, çərşənbə axşamı saat 18:00-da Fransa meydanında növbəti mitinq keçiriləcək.

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin