Zelenski Azərbaycan əsilli komandirə “Ukrayna Qəhrəmanı” fəxri adı verib

40

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan əsilli hərbçinin təltif olunması barədə sərəncam imzalayıb.

mobilmedia.az-ın xəbərinə görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski tviterdə yazıb.

Sərəncama əsasən, 92-ci əlahiddə mexanikləşdirilmiş briqadanın tağım komandiri, Azərbaycan əsilli ukraynalı zabit, baş leytenant Ağasıyev Kiril Yaşar oğluna “Ukrayna Qəhrəmanı” fəxri adı verilib.

Qeyd edək ki, mayın 7-də Ukraynanın Ali Baş Komandanı Ukrayna vətəndaşları olan azərnaycanlılar Raqif Vaqif oğlu Əliyevi və Məcid Marlen oğlu Abdulqafarovu “İgidliyə görə” ordeni ilə təltif edib. Hər iki azərbaycanlı Ukrayna Silahlı Qüvvələrinin çavuşudur.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin