İspaniyada qatarlar toqquşub: ölən və yaralananlar var

28

İspaniyada iki qatarın toqquşması nəticəsində 1 nəfər ölüb, onlarla insan yaralanıb.

mobilmedia.az-ın  məlumatına görə, hadisə Barselonadan 14 kilometr kənarda yerləşən “Sant Boi de Llobregat” stansiyasında qeydə alınıb. Yük qatarı ilə şəhərətrafı qatarın toqquşması zamanı 2-si ağır olmaqla 85 nəfər yaralanıb.

Qəza nəticəsində ölən şəxs şəhərətrafı qatarın maşinistidir. Hadisədən sonra şəhərətrafı qatarda olan 100-ə yaxın sərnişin təxliyə edilib.

Rəsmilər qəzanın səbəbləri ilə bağlı araşdırmaların aparıldığını bildiriblər.

İspaniyanın Baş naziri Pedro Sançes sosial media hesabındakı açıqlamasında qəzada həlak olan sürücünün ailəsinə başsağlığı verib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin