Bakıda 45 yaşlı kişi bıçaqlanıb

32

Hadisə mayın 15-də paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsində qeydə alınıb.

mobilmedia.az  xəbər verir ki, Mahir İbrahimov tanışı, 1977-ci il təvəllüdlü Asim Sultanova döş qəfəsindən bir ədəd bıçaq zərbəsi endirib. Daha sonra yaralı xəstəxanaya yerləşdirilərək əməliyyat olunub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Hazırda M.İbrahimovun saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin