
Bakıda 36 yaşlı qadını avtomobil vurub.
mobilmedia.az-ın məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
1986-cı il təvəllüdlü İsmayılova Bahar Gülməmməd qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.



