
Keçən həftəni 6.90 lirədə tamamlayan dollar/TL məzənnəsi yeni həftəyə də geriləmə ilə başlayıb.
mobilmedia.az xəbər verir ki, 7 Mayda 7.2690 ilə tarixi zirvəyə yüksələn məzənnə bu gün 6.81-ədək düşüb. Bakı vaxtı ilə saat 11:35-də Dollar/TL məzənnəsi 0,7% azalma ilə 6.8143 səviyyəsində olub.
Ötən həftələr Türk Lirəsi (TL) ilə əməliyyatlara bir sıra qadağaların tətbiq edilməsi Lirənin bahalaşmasına səbəb olur.
Bu həftə Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayacaq.(marja)




