
Sabunçu Rayon Polis İdarəsinin, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən aprel ayı ərzində Bakıxanov, Balaxanı, Maştağa, Zabrat qəsəbələri, həmçinin digər ərazilərdə keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 63 nəfər saxlanılıb.
mobilmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb. Saxlanılan şəxslərdən 31-i barəsində məhkəmə tərəfindən həbs, 32-i haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.



