
Rusiyalı mütəxəsisslər ürək və sümük sistemini möhkəmlətmək üçün hər gün 2 ədəd alma yeməyi tövsiyə edir.
mobilmedia.az xəbər verir ki, almanın tərkibində çox sayda qidalı maddələr, B, C, E, K vitaminləri, polifenollar, kalium var. O, iltihab əleyhinə və antioksidant təsir göstərir. Bu da ürək və sümüklər üçün vacibdir.
Alma və tumları xərçəngin profilaktikası üçün də əvəzsizdir. Həkimlər gündə 2 ədəd alma yeməyi tövsiyə edir. Alma yeməyə vərdiş etmək sağlamlığı qoruyur. Eləcə də təbii alma şirəsini həftədə 2 dəfə için.




