Abşeronda avtomobil piyadanı vuraraq öldürüb

27


Hadisə mayın 3-ü saat 21:30 radələrində rayonun Saray qəsəbəsində qeydə alınıb.

mobilmedia.az xəbər verir ki, 1998-ci il təvəllüdlü Rəşid Mürsəlov idarə etdiyi “Mercedes” markalı avtomobillə Sumqayıt istiqamətində hərəkətdə olan zaman yolu keçmək istəyən piyada – 1976-cı il təvəllüdlü Yadigar Əmiraslanovu vurub. Xəstəxanaya aparılan piyada orada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin