
Rusiya Dünya Turizm Təşkilatından (DTT) çıxarılıb.
mobilmedia.az xəbər verir ki, dünən BMT-nin Baş Assambleyasında səs çoxluğu ilə Rusiyanın Dünya Turizm Təşkilatına üzvlüyü dayandırılıb.
“Rusiyanın təşkilatdan qovulmasını dəstəkləyən bütün dövlətlərə minnətdaram. Bu qərar sayəsində Rusiyanın turizm sənayesi onilliklər ərzində inkişafdan geri qalacaq”, – Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov bildirib.
Səsvermələr zamanı 40 ölkə Rusiyanın təşkilatdan xaric edilməsinin lehinə, 11 ölkə isə əleyhinə səs verib.
Qərarın əleyhinə daha az ölkə, o cümlədən Suriya, Belarus, Qazaxıstan, Nikaraqua, Zimbabve, Əlcəzair, Bosniya və Herseqovina, Şimali Koreya, Çin və Misir çıxıb.



