“Neftçi” avrokuboklara vəsiqəni rəsmiləşdirdi

25

2022/23 mövsümündə Azərbaycanı avrokuboklarda təmsil edəcək daha bir komanda bəlli olub.

mobilmedia.az xəbər verir ki, “Qarabağ”dan sonra “Neftçi” də Avropa arenasına iştirak hüququ qazanıb.

Premyer Liqanın XXIV turunda “Səbail” üzərində 1:0 hesablı qələbə qazanan çempion sona 4 tur qalmış minimum 4-cü yeri təmin edib. Hazırda “ağ-qaralar” 4-5-ci yerləri bölüşdürən “Sabah” və “Qəbələ”ni 12 xal qabaqlayır. Samir Abasovun kollektivi adıçəkilən komandaları şəxsi oyunlarda üstələdiyindən, çempionatı ilk “4-lük”də tamamlamağı təmin edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin