Naxçıvana avtobusla gedənlərdən PCR testi tələb olunmayacaq

33

Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun İran İslam Respublikasının ərazisindən keçməklə avtobus marşrutu ilə hərəkət edən sərnişinlərdən COVID-19-a dair PCR test tələb edilməyəcək.

mobilmedia.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin müvafiq qərarında bildirilib.

Qərara əsasən, aprelin 15-dən etibarən Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun İran İslam Respublikasının ərazisindən keçməklə avtobus marşrutu ilə hərəkət edən sərnişinlərdən də COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmayacaq.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin