Bakıda 24 yaşlı gənc kürəyindən bıçaqlanıb

28

Bakıda bıçaqlanma hadisəsi baş verib.

mobilmedia.az-ın məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Zabrat qəsəbəsində 1997-ci il təvəllüdlü Qasımov İlfat Elşən oğlu mübahisə zəminində bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona kürək nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin