
“Nümunəvi qəbiristanlıqların bələdiyyələrə verilməsi ilə bağlı Nazirlər Kabinetinin qərarı var. Lakin onlar bələdiyyələrə verilməyib”.
Militribuna.az-ın xəbərinə görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, əgər həmin qəbiristanlıqlar bələdiyyələrə verilərsə, Azərbaycanda nümunəvi qəbiristanlıqlar yaradıla bilər.



