Daxili Qoşunlar 5 milyon manatlıq paltar alır

32

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsi əşya əmlaklarının (1), baş geyimlərinin, xüsusi paltarların, dəsmalların, yataq-hərbi ləvazimatların (2), qış, yay tufliləri, uzunboğaz çəkmələr, kazarma başmaqları, idman ayaqqabıları və yüngülləşdirilmiş uçuş botinkalarının (3), uzunboğaz botinkalar və rezin çəkmələrin (4) alınması ilə bağlı elan etdiyi 4 açıq tenderə yekun vurub.

mobilmedia.az  xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq “Bakixanov Trikotaj” ASC (1), “Buta-Tikiş” (2) və “ME.GA.AN” (3-4) MMC-lərdir.

Qalib şirkətlərə müvafiq olaraq 1,3 milyon manat, 1,931 milyon manat, 470 min manat və 995 min manat, ümumilikdə isə 4,696 milyon manat ödəniləcək.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin