
Bakıda daha bir intihar faciəsi baş verib.
mobilmedia.az xəbər verir ki, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 52 ünvanında yerləşən çoxmərtəbəli binanın 4-cü mərtəbəsindən gənc qız özünü aşağı atıb həyətdə dayanan avtomobillərdən birinin üzərinə düşüb. Onun çoxsaylı xəsarətlər aldığı bildirilir.
Səhiyyə Nazirliyindən verilən məlumata görə intihara cəhd edən gənc qız Kliniki Tibbi Mərkəzə aparılıb. Məlumata görə, həmin qız binada anası ilə birlikdə kirayədə yaşayırdı.



