
“NATO ölkələri Ukraynaya silah verməklə “odla oynayırlar”. Alyansın 40 min hərbçisi yüksək döyüş hazırlığındadır”.
mobilmedia.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Ümumavropa əməkdaşlıq departamentinin direktoru Nikolay Kobrinets yerli mediaya müsahibəsində deyib.
– Daha çox narahatlıq yaradan məqam isə NATO ölkələrindən Ukraynaya hərbi təchizatın olmasıdır. Onlar odla oynayırlar, – Kobrinets deyib.
Diplomat alyansın şərq cinahının gücləndirilməsinə də işarə edib.



