
Ukraynada müharibə başlayandan indiyədək 153 uşaq ölüb, 245-dən çox uşaq yaralanıb.
mobilmedia.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun Teleqram səhifəsində bildirilib.
Hesabatda deyilir ki, uşaqlar ən çox Kiyevdə zəiyyət çəkib – 73 nədər.
Donetskdə – 65, Xarkovda – 53, Çerniqovda – 43, Nikolayda – 30, Luqanskda – 31, Zaporojyedə – 22, Xersonda – 29, paytaxtda – 16, Sumıda – 16, Jitomirdə – 15 uşaq müharibə qurbanı olub.
Bombardmanlar nəticəsində 859 təhsil müəssisəsinə ziyan dəyib, onlardan 83-ü tamamilə məhv edilib. Ən pis vəziyyət Donetsk, Xarkov, Nikolayev, Sumı, Kiyev, Xerson, Jitomir, Çerniqov vilayətlərində və Kiyev şəhərindədir.



