
Xarkovda 1200-ə yaxın hündürmərtəbəli bina, 53 uşaq bağçası, 69 məktəb və 15 xəstəxana dağıdılıb.
mobilmedia.az xəbər verir ki, bu barədə martın 28-də keçirilən brifinqdə şəhər meri İqor Terekov məlumat verib.
“Bu günə kimi 1410 infrastruktur obyekti dağıdılıb. Onlardan 1177-si çoxmərtəbəli yaşayış binalar, 53 uşaq bağçası, 69 məktəb və 15 xəstəxana Rusiya Federasiyasının təcavüzünün qurbanına çevrilib”, mer deyib.
Onun sözlərinə görə, hazırda partlayışlardan sonra şəhərdəki dağıntılar təmizlənir.
– Şəhəri təmizləyirik. Bu gün 104 maşın zibilləri çıxaracaq.



