Narkotik satan bacı-qardaş saxlanıldı

29

Ağstafada narkotik satan bacı-qardaş tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Göyçay rayon sakini K.Şükürovun idarə etdiyi “VAZ-2109” markalı avtomobil saxlanılıb. Avtomobilə baxış zamanı sərnişinləri Ucar rayon sakinləri, əvvəllər məhkum olunmuş N.Əhmədov və bacısından 1 kiloqram 850 qram heroin, 1 kiloqram 880 qram marixuana və 140 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.

 

Araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin