
Türkmənistanın hazırkı Prezidenti Qurbanqulu Berdıməhəmmədovun oğlu, 40 yaşlı Sərdar Berdıməhəmmədov ölkənin yeni prezidenti seçilib.
mobilmedia.az xəbər verir ki, Türkmənistan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, Sərdar Berdiməhəmmədov seçicilərin 72,97%-nin səsini qazanıb.
Martın 12-də Türkmənistanda keçirilmiş prezident seçkilərində qeydiyyata alınmış 3 milyon 460 min 080 seçicidən 3 milyon 362 min 052 nəfəri iştirak edib, bu isə ümumi seçicilərin 97,17%-i deməkdir.
MSK-nın məlumatına görə, prezidentlik kürsüsü uğrunda mübarizə aparmış 9 namizəd aşağıdakı kimi səs qazanıb:
– Lebap vilayətinin maliyyə-iqtisadi orta peşə məktəbinin direktoru Perhat Begencov – 2,02%;
– Marı vilayəti başçısının müavini Ağacan Bəymıradov – 7,22%;
– Baş nazirin iqtisadiyyat və maliyyə məsələləri üzrə müavini Sərdar Berdıməhəmmədov – 72,97%;
– Türkmənistanın Səhiyyə və Tibb Sənayesi Nazirliyinin “Avaza” sanatoriyasının Baş həkimi, Türkmənistan Məclisinin deputatı Berdıməmməd Qurbanov – 2,22;
– “Vepaly gurluşyk” Tikinti Şirkətinin direktoru Babamırat Meredov – 1,08%;
– Türkmənistan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunun elmi işlər üzrə prorektoru Xıdır Nunnayev – 11,09%;
– Türkmənistan Demokratik Partiyasının Daşoğuz vilayətinin Saparmurat Türkmənbaşı adına rayon Komitəsinin sədri Maksat Odeşov – 1,15%;
– Axal vilayəti Babadayxan Rayonu Sanitar-Epidemioloji Xidmətinin rəisi Maksatmırat Ovezgeldiyev – 1,16%;
– Dövlət Energetika İnstitutunun “Bərpa olunan Enerji Mənbələri” Elmi-İstehsalat Mərkəzinin direktoru Kakageldi Sarıyev – 1,09%.



