Gürcüstanın Azərbaycana borcu azalıb

37

Bu il martın 1-nə Gürcüstanın Azərbaycana borcu 3,721 milyon ABŞ dolları təşkil edib.

mobilmedia.az xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında bildirilir.

Sənədə əsasən, ötən ay borc 0,466 milyon dollar azalıb.

Gürcüstanın ümumi xarici dövlət borcu isə 8 120 milyon dollardır ki, bunun da 7 660 milyon dolları hökumətin payına düşür.

Fevralda Gürcüstanın digər qonşu ölkələrə – Türkiyə, Rusiya və Ermənistana da borcları azalaraq müvafiq olaraq 7, 246 milyon dollar, 25,436 milyon dollar və 3,283 milyon dollar olub.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin