“Nestle” Rusiyadakı bütün kapital qoyuluşlarını dayandırır

25

Dünyanın ən böyük qablaşdırılmış qida istehsalçısı olan “Nestle” Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyadakı fəaliyyətini məhdudlaşdırır.

mobilmedia.az xəbər verir ki, “Nestle” Rusiyaya sərmayə yatırmağı və məhsullarını bu ölkədə reklam etməyi dayandırır.

Eyni zamanda, şirkət Rusiyaya əsas ərzaq məhsullarının tədarükünü davam etdirəcək.

Xatırladaq ki, “Nestle” “Maggi”, “Kitkat”, “Gerben”, “Nescafe”, “Friskies”, “Purina” kimi çoxsaylı brendlərin sahibidir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin