ÜST: Pandemiyanın bitməsinə hələ uzun müddət qalıb

24

“Koronavirus pandemiyası bitmək üzrə deyil”.

mobilmedia.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə bildirib.

“COVID-19 pandemiyası bütün ölkələrdə eyni vaxtda bitəcək”, – Qebreyesus vurğulayıb.

Onun sözlərinə görə, virus təkamülə davam edir.

ÜST rəhbəri xatırladıb ki, pandemiyanın başlanğıcından indiyədək 6 milyondan çox insan koronavirus səbəbindən dünyasını dəyişib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin