İmişlidə avtomobil su kanalına düşüb: ölən var

30

İmişlidə avtomobil su kanalına aşıb, bir nəfər ölüb.

mobilmedia.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında İmişli-Qaravəlli-Mirili avtomobil yolunun Qaravəlli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Cəlilabad rayon sakini, 1978-ci il təvəllüdlü Abasov Bəxtiyar Yadulla oğlu idarə etdiyi “ Mercedes” markalı avtomobillə hərəkətdə olarkən anidən idarə etməni itirib və avtomobil yoldan çıxaraq yaxınlıqdakı su kanalına düşüb.

Hadisə nəticəsində sürücü dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin