Türkiyədə hərbçiləri daşıyan avtomobil aşıb: 1 ölü, 3 yaralı

28

Türkiyənin Tokat bölgəsində hərbi avtomobilin aşması nəticəsində 1 əsgər ölüb, 3-ü yaralanıb.

mobilmedia.az xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb.

Hadisə Tokat-Niksar avtomobil yolunun Almus qovşağında baş verib. İlkin məlumata görə, qəzaya yolun buz bağlaması səbəb olub.

Yaralılar Tokatdakı dövlət xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin