DÇ-2022: Ukrayna yığmasının oyunu təxirə salına bilər

29

Şotlandiya və Ukrayna milli komandaları arasında keçiriləcək 2022-ci il dünya çempionatının pley-off oyunu təxirə salına bilər.

mobilmedia.az xəbər verir ki, Ukrayna Futbol Assosiasiyası məsələ ilə bağlı FIFA-ya müraciət edib.

Qarşılaşmaların iyuna ertələnəcəyi gözlənilir. Bu, gerçəkləşəcəyi təqdirdə, aprelin 1-də Qətərin paytaxtı Dohada DÇ-2022-nin püşkatma mərasimi 32 iştirakçı arasında sonuncu cütlüklər olmadan keçiriləcək.

Ukrayna yığmasının əsas futbolçuları “Dinamo” (Kiyev) və “Şaxtyor” (Donetsk) klublarında çıxış edir. Ukrayna Premyer Liqası fevralın 24-də dayandırılıb və komandaların legionerlərinin əksəriyyəti təhlükəsizliyə görə ölkəni tərk ediblər.

Qeyd edək ki, Şotlandiya – Ukrayna matçı martın 24-də Qlazqo şəhərində oynanılmalıdır. Qalib komanda martın 29-da Uels – Avstriya cütünün güclüsü ilə finalda üz-üzə gələcək.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin