Avropada qazın qiyməti 2 000 dollara yaxınlaşıb

33

Avropada qazın qiyməti ticarət sessiyasının sonunda hər min kubmetr üçün 2 000 ABŞ dollarına yaxınlaşıb.

mobilmedia.az xəbər verir ki, bunu Londonda yerləşən ICE birjasının məlumatları təsdiq edir.

Niderlandın TTF mərkəzində aprel fyuçerslərinin qiyməti 1 997 ABŞ dollarıdır.

Ümumilikdə bir sutka ərzində qazın qiyməti 43% artıb.

Bundan əvvəl Avropada qazın qiyməti 2021-ci ilin dekabr ayının sonunda qeydə alınan tarixi rekordu qıraraq 2 226 ABŞ dollarına yüksəlib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin