Göyçayda ata və oğul bıçaqlanıb

26


Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.

mobilmedia.az  xəbər verir ki, bu gün axşam saat 17:00 radələrində rayonun Kürdəmiş kənd sakinləri – Zaur Həsənov və oğlu Zahid Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Zahid Həsənov polis əməkdaşlarına verdiyi izahatda bıçaqlandıqlarını bildirib.

Bıçaqlanma hadisəsini törədən şəxsin tapılması üçün hazırda Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən axtarış tədbirləri davam etdirilir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin