Xarkovda polis idarəsi və universitet binası vuruldu: Ölənlər var

27

Bu gün səhər saatlarında Xarkov şəhərinin mərkəzi hissəsinin atəşə tutulması nəticəsində ölən və yaralananlar var.

mobilmedia.az xəbər verir ki, bu barədə Ukraynanın Xarkov vilayəti üzrə Dövlət Fövqəladə Hallar Xidmətindən bildirilib.

Məlumata görə, inzibati binalarda qəza-xilasetmə işləri davam etdirilir.

“Hazırda dağıntılar altından 10 nəfər xilas edilib. İlkin məlumata görə dörd nəfər ölüb, doqquz nəfər yaralanıb”, – deyə məlumatda bildirilir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin