Rusiya Premyer Liqası dəyərini yarım milyarddan çox itirəcək

35

Futbol üzrə Rusiya Premyer Liqasının dəyəri yetərincə enə bilər.

mobilmedia.az-ın məlumatına görə, bu, legionerlər klublarla müqavilələri ləğv edəcəyi təqdirdə baş verəcək.

Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) çempionatdakı bütün legionerlərə klubları ilə mövcud müqavilələrini ödənişsiz ləğv etmək imkanının verilməsi təklifi ilə çıxış edib.

FIFPro məsələ ilə bağlı FIFA-ya müraciət də ünvanlayıb və məsələnin ali futbol qurumu ilə müzakirə olunduğunu bildirib.

Rusiya Premyer Liqasındakı 399 oyunçudan 132-si, yəni, 33,1 faizi legionerdir.

“Transfermarkt” portalına görə, çempionatın dəyəri 994,63 milyon avro təşkil edir. Çempionatdakı 16 komandanın ən dəyərliləri müvafiq olaraq “Zenit”, “Spartak” və “Krasnodar”dır. Bu “üçlüy”ün legionerlərinin qiyməti 255,9 milyon avrodur.

Qalan 13 klubdakı əcnəbi oyunçuların dəyəri isə bundan bir qədər çox – 269,95 milyon avroya çatır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin