Blinken: “Rusiya BMT-nin İnsan Haqları Şurasından çıxarılmalıdır”

25

“Rusiya BMT-nin İnsan Haqları Şurasından çıxarılmalıdır”.

mobilmedia.az xəbər verir ki, bu təkliflə ABŞ dövlət katibi Entoni Blinken çıxış edib.

Blinken xəbərdarlıq edib ki, Rusiyanın Ukraynadakı cinayətləri hər saat artır.

“İnsan hüquqlarını dəhşətli dərəcədə pozaraq böyük humanitar böhrana səbəb olduğuna görə, BMT üzvü olan dövlətin bu Şurada qalması düzgün deyil”, – ABŞ dövlət katibi qeyd edib.

Blinken, həmçinin xəstəxana və məktəblər kimi mülki hədəflərə raket hücumlarını əsas gətirərək humanitar böhranın getdikcə dərinləşməsi barədə xəbərdarlıq edib.

“Ukraynaya müdaxilə edən Rusiyanın insan hüquqlarını pozması ilə bağlı beynəlxalq araşdırma aparılımalıdır”, – amerikalı diplomat vurğulayıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin